Özünəxidmət avtoyumalar sutkanın istənilən saatında açıq olur. Burada siz öz avtomobilinizi rahatlıqla, növbə gözləmədən və münasib qiymətə yuyub təmizləyə bilərsiniz. İstifadə qaydaları sadədir – məntəqədə lazım olan bütün avadanlıqlar qurasdırılıb.
Qiymətlər necədir?
Qiymətlər istifadə etdiyiniz vaxta görə hesablanır:
1 dəqiqəlik yuma: 50 qəpik
Tozsovuran: 50 qəpik
Orta hesabla tam yuma (5-7 dəqiqə): təxminən 2 – 3 AZN
Əlavə funksiyalar (mum, köpük və s.) var.
Ödənişləri nağd edə bilərsiniz.
Əgər siz də avtomobilinizə vaxtında qulluq etməyi xoşlayırsınızsa, bu məntəqələr sizin üçün ideal seçimdir.