"Ayiq surucu" xidməti

Son zamanlar sürücülər tərəfindən çox istifadə olunan xidmətlərindən biri - "Ayıq sürücü" xidmətidi.

"Ayiq surucu" xidməti - sizi şəxsi avtomobilinizlə təyinat yerinə aparmaq üçün sürücünü çağırmaq imkanıdır. Bu cür xidmətlər həm fərdi, həm də taksi fəliyyəti ilə məşğul olan özəl şirkətlər tərəfindən təmin edilir.

Bu xidmətdən hansı hallarda istifadə olunur?

Sərxoş vəziyyətdə olan, səhhətində problem və ya yorğun olan sürücülər üçün bu xidmət olduqca aktualdır.

Xidmətdən istifadə etmək üçün telefonla zəng edərək operatora olduğunuz yeri demək kifayət edir. Sifarişi mobil tətbiq vasitəsi ilə etmək imkanı yaradan şirkətlərdə var.

"Ayıq sürücü" xidmətinin üstünlükləri nələrdir?

  • sizə uyğun istənilən vaxt (günün 24 saatı) müraciət edə bilərsiniz;
  • özünüzə və digər yol istifadəçilərinə təhlükə yaratmadan göstərdiyiniz ünvana çatacaqsınız;
  • dayanacaq axtarmağa və avtomobilinizi tərk etməyə ehtiyacınız olmayacaq və ertəsi gün avtomobilinizin arxasınca getmək məcburiyyətində qalmayacaqsınız;
  • əksər hallarda sürücü 10-15 dəqiqədən artıq sizin yanınızda olacaq;

Qanun və cərimələr

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 400 manat cərimə və ya nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur.

Qiymətlər və şirkətlər

Bakıda fəaliyyət göstərən "Ayiq surucu" xidmətlərini sizin rahatlığınız üçün bir yerə topladıq. Aşağıdakı siyahıda telefon nömrələri, istifadəçi rəyləri əsasında formalaşan reytinqlə tanış ola bilərsiniz.

Şirkət Telefon
Felix

*5959

Sayıq Sürücü

*1616

Şofer

(050) 500 44 44

Beep

*5151

Sober Drive

(050) 600 11 99

BoosDrive

(050) 392 30 05

Ayıq Sürücüm

(055) 362 80 80

Ayı Sürücü

*0077

Ayiq surucu

*1007

AlcoDrive

(050) 226 60 01

My Service

*5533

MyDriver

(050) 341 76 67

Sizin Sürücü

*3000

501 Servis

(050) 501 51 50

*3636

*3636

Rahat

*5151

Relax

*7070